AZ

ÇİN ŞEFFİLD HALLAM UNİVERSİTETİNƏ TƏZYİQ GÖSTƏRİB » AzadMedia.az

ÇİN

Böyük Britaniyanın Şeffild Hallam Universiteti Çinin təzyiq və hədələrinə məruz qalıb. BBC-nin əldə etdiyi sənədlərə görə, Çin təhlükəsizlik orqanları universitetin Çin nümayəndələrinə təzyiq göstərərək professor Laura Mörfinin Uyğurların məcburi əməyinə dair araşdırmasını dayandırmağı tələb ediblər.
Təzyiqlər nəticəsində universitetin internet səhifələrinə Çindən giriş bloklanıb, bu da Çinli tələbələrin qəbuluna mənfi təsir göstərib. Məsələ barədə məlumat alan Böyük Britaniya hökuməti Pekinə rəsmi xəbərdarlıq edib və akademik azadlıqlara müdaxilənin qəbuledilməz olduğunu bəyan edib.

Şeffild Hallam 2024-cü ilin sonlarında Çinin təzyiqi və məhkəmə iddiaları fonunda Mörfi və komandası tərəfindən hazırlanan son hesabatın nəşrini dayandırıb. Daha sonra universitet professorun Çinlə bağlı tədqiqat aparmasını qadağan edib.
Professor Mörfi universiteti akademik azadlığı qurban verməkdə ittiham edib və hüquqi addımlar atıb. O bildirib ki, universitet “akademik azadlığı Çinli tələbələrin gəlirlərinə dəyişib”.

Hadisə ilə bağlı universitet rəsmi üzr istəyib və professorun tədqiqatlarına davam etməsinə icazə verib. Rəhbərlik qərarın yalnız “sığorta və təhlükəsizlik səbəbləri” ilə əlaqədar olduğunu bildirib.
Böyük Britaniya Akademiklər İttifaqı isə hadisəni “xarici dövlətin təzyiqi ilə universitetin öz professorunu susdurmağa cəhd etməsi” kimi qiymətləndirib və bu halın təhsil azadlığı üçün təhlükə yaratdığını vurğulayıb.

Seçilən
48
1
azadmedia.az

2Mənbələr