AZ

Nazir: İqtisadi aktivlik zəifləsə də, dövlət büdcəsinə fiskal daxilolmalar proqnozdan artıq icra edilib

Bakı, 4 noyabr, AZƏRTAC

Cari ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektorunda yaradılmış əlavə dəyərin 1,9 faiz azalmasına baxmayaraq, qeyri-neft-qaz sektorunda iqtisadi artımın 2,9 faiz təşkil etməsi nəticəsində ümumi iqtisadi artım 1,1 faiz təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı söyləyib.

O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi aktivlik zəifləsə də, ümumilikdə makroiqtisadi sabitlik təmin edilib və dövlət büdcəsinə fiskal daxilolmalar proqnozdan artıq icra edilib.

“Dünya iqtisadiyyatında qeyri-müəyyənliyin davam etməsi və risklərin artmasına baxmayaraq, ölkəmiz makroiqtisadi sabitliyi qorumağı bacarıb. 2026-cı il və sonrakı üç il üçün makroiqtisadi proqnozların və dövlət büdcəsi layihəsinin müzakirəsi xüsusi əhəmiyyət kəsb edir. Əvvəlki illərlə müqayisədə qlobal iqtisadi artım tempi 0,2 faiz bəndi artaraq, cari ildə 3,2 faiz səviyyəsində proqnozlaşdırılır. Beynəlxalq Valyuta Fondunun son proqnozlarında müəyyən dəyişikliklər edilsə də, artım hələ də pandemiyadan əvvəlki dövrün göstəricilərindən aşağıdır”, - deyə nazir əlavə edib.

Seçilən
37
2
azertag.az

3Mənbələr