AZ

Taleh Kazımov: Sentyabrda inflyasiya 3,1 faiz bəndi artıb

BAKI, 4 noyabr. TELEQRAF

Qiymətləndirmələrə görə, 2025-ci ilin sentyabr ayında ölkədə illik inflasiya, ticarət tərəfdaşlarındakı inflasiyaya 3,1 faiz bəndi artıcı təsir edib.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

O bildirib ki, bu dövrdə nominal effektiv məzənnənin inflasiyaya təsiri neytral olub:

“Dövr ərzində daxili təklif və tələb amillərin də inflasiyaya təsiri ümumilikdə artıcı olub. Ümumilikdə, inflasiyanın 70%-dən çox hissəsi təklif, xüsusilə də xarici təklif amilləri hesabına formalaşdırıılır ki, bu da monetar siyasətlə inflasiya reaksiya imkanlarını məhdudlaşdırır. 2025-ci ilin ötən dövründə nağd və nağtsız segmentlər üzrə ümumilikdə valyuta bazarında təklif tələbi üstələmişdir”.

Seçilən
36
teleqraf.com

1Mənbələr