Dekabrın 9-da Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışına start verən Azərbaycanın qızlardan ibarət U-16 və U-18 yığmaları yekun yoxlama oyunlarını keçiriblər.
Azərbaycan Basketbol Federasiyasından "Cebhe.info"ya verilən məlumata görə, türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millilər keçirdikləri son beş yoxlama matçını 4 qələbə və 1 məğlubiyyət ilə tamamlayıblar.
Qeydə alınmış hesablar:
Qeyd edək ki, komandalar İstanbul toplanışında ümumilikdə keçirdikləri 14 görüşdə 13 qələbə qazanaraq, hazırlıq prosesini yekunlaşdırıblar.
"Cebhe.info"