AZ

Azərbaycan iqtisadiyyatı 2025-ci ilin ilk 9 ayında 1,3% artıb

Azərbaycan iqtisadiyyatı 2025-ci ilin yanvar–sentyabr aylarında 1,3% real artım nümayiş etdirib. Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Ötən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektorunda əlavə dəyər 1,9% azalsa da, qeyri-neft-qaz sektorunda 2,9% artım ümumi iqtisadi artımı təmin edib. 

“İqtisadi artım templərinin bir qədər zəifləməsinə baxmayaraq, makroiqtisadi sabitlik qorunub və dövlət büdcəsinin fiskal gəlirləri proqnozu üstələyib”, - Cabbarov bildirib.

O qeyd edib ki, ilin doqquz ayında büdcə xərclərinin 60%-i icra edilib, ilin sonunadək tam icranın iqtisadi artım sürətinə müsbət təsir göstərəcəyi gözlənilir.

Hazırda ölkədə iqtisadiyyatın şaxələnməsinə yönəlmiş dərin struktur islahatları davam edir. Bu islahatların nəticələrinin orta müddətli dövrdə iqtisadi artıma əlavə dəstək verməsi, həmçinin 

Orta Dəhlizin tam işə düşməsinin artımı sürətləndirən permanent amillərdən birinə çevriləcəyi vurğulanır.

2025-ci ilin ilk 9 ayında qeyri-neft-qaz sənayesində və tikinti sektorunda əlavə dəyər 5,0%, turizm və ictimai iaşədə 9,3%, informasiya və rabitədə 6,7%, ticarətdə 3,2%, nəqliyyat sektorunda isə 2,1% artıb.

Gülnar Nazimqızı 

Seçilən
35
anews.az

1Mənbələr