AZ

Hesablama Palatasının sədri gələn ilin büdcə zərfinə dair təklifləri açıqlayıb

Dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə uyğunluğun təmin olunması, dövlət büdcəsinin gəlir və xərclərinin uçotunun daha düzgün aparılması istiqamətlərində Hesablama Palatasının əvvəlki rəylərində qeyd edilmiş əksər məsələlər təqdim olunmuş “Büdcə zərfi”ndə tam və ya qismən nəzərə alınıb.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Vüqar Gülməmmədov qeyd edib ki, Rəyin hazırlanması prosesində müvafiq dövlət orqanları ilə müzakirələr əsasında “Büdcə zərfi”ndə düzəlişlər edilib: “Bununla yanaşı, qanun layihəsinin bəzi maddələri üzrə təkmilləşmələrin aparılmalı olduğu qənaətinə də gəlinmişdir. Belə ki,

Qanun layihəsinin 7-ci maddəsində əks etdirilmiş dövlət büdcəsi xərclərinin funksional təsnifatının təhlili uçotda bəzi uyğunsuzluqların olduğunu göstərib. Hesablamalarımıza əsasən, bu uyğunsuzluqların məbləği 150,0 mln. manatdan çoxdur. Bu uyğunsuzluqların bir qismi təsdiq ediləcək dövlət büdcəsində nəzərə alına bilər. Qanun layihəsinin 15-ci maddəsində göstərilmiş icmal büdcənin xərclərinin yuxarı həddinin dəyişdirilməli olduğu qənaətinə gəlmişik. Belə ki, icmal büdcənin tərkibindəki bəzi qrup daxili əməliyyatlar icmal büdcədə nəzərə alınmamalı olsa da, bu məsələ diqqətdə saxlanılmayıb.

Qarşıdakı illərdə fiskal diaqnostika alətlərinin tələbləri də nəzərə alınmaqla “Büdcə zərfi”nə daxil olan məlumatların siyahısının, çeşidinin və keyfiyyətinin artırılması, maliyyə məlumatlarının qeyri-maliyyə məlumatları ilə müşayiət edilməsi üçün addımların atılmasına zərurət var ki, bu da büdcə sənədləşməsinin təkmilləşdirilməsinə xidmət edər. Eyni zamanda, bu islahatlar çərçivəsində OMXÇ üzrə xərclərin əsaslılığını təmin edən nəticə göstəriciləri haqqında dolğun informasiyanın burada öz əksini tapması sənədləşmənin keyfiyyətinə öz töhfəsini vermiş olar.

Cari ildə qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq, büdcə qaydasının hər iki göstəricisi üzrə hədəflər ortamüddətli dövrün sonu üçün müəyyənləşdirilib. Qaydanın iki göstəricisindən biri olan - dövlət borcunun ÜDM-ə nisbəti təsbit edilən hədəflər çərçivəsindədir. Qaydanın digər göstəricisi olan icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti cari illə müqayisədə azalma ilə nəzərdə tutulub. İcmal büdcənin qeyri-neft gəlirlərinin artımının icmal büdcənin baza xərclərinin artımını üstələməsi azalmaya müsbət təsir edən əsas amil olub”.

Seçilən
15
apa.az

1Mənbələr