AZ

Bakıda TDT Ağsaqqallar Şurasının 18-ci iclası keçirilib

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının 18-ci iclası keçirilib.

APA xəbər verir ki, iclasda Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Şimali Kipr Türk Respublikasının ağsaqqalları iştirak edib.

TDT Ağsaqqallar Şurasının sədri, Türkiyə ağsaqqallı Binali Yıldırımın açılış nitqi ilə başlayan iclasda Azərbaycan ağsaqqalı Həsən Həsənov, Özbəkistan ağsaqqalı Sodiqjon Turdiev, Qazaxıstan ağsaqqalı İkram Adırbek, Qırğızıstan ağsaqqalı Apas Cumaqulov və Şimali Kipr Türk Respublikasının ağsaqqalı Oktay Öksüzoğlu, həmçinin TDT Baş katibin müavini Ömer Kocaman çıxış ediblər. İclas zamanı Ağsaqqallar Şurasının gündəliyində duran məsələlər barədə müzakirələr aparılmışdır.

Seçilən
53
2
apa.az

3Mənbələr