AZ

Paşinyan Ərdoğanın İrəvana gedəcəyinə ümid edir

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vropa Siyasi Birliyinin 2026-cı ilin may ayında İrəvanda keçiriləcək sammitində iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

Paşinyanın sözlərinə görə, son illərdə müxtəlif beynəlxalq formatlarda  Türkiyə lideri ilə daima əlaqə saxlayıb. Baş nazir deyib: "Türkiyəyə iki dəfə səfər etmişəm. O cümlədən, bir dəfə olduqca uğurlu hesab etdiyim işgüzar səfərdə olmuşam. Həmin səfər zamanı Prezident Ərdoğanı 2026-cı ilin may ayında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etməyə dəvət etdim. Səfərin baş tutması ehtimalı barədə şərh vermək düzgün olmazdı, amma dəvətin qəbul ediləcəyinə ümid edirəm".

O, Ermənistan ilə Türkiyə arasında münasibətlərin konstruktiv şəkildə inkişaf etdiyini vurğulayıb. Paşinyanın sözlərinə görə, diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması "zaman məsələsidir". Paşinyan sonda deyib: "Ermənistan və Türkiyə arasında münasibətlər düzgün yoldadır".

Hürr Tərcüman

 

Seçilən
22
hurriyyet.az

1Mənbələr