2026-cı ilin büdcəsində İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsait 2025-ci ilin proqnozu ilə müqayisə -516,4 milyon manat azaldılaraq 900 milyon manat nəzərdə tutulub.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, əvvəlki illərdən fərqli olaraq, növbəti ildə İcbari Tibbi Sığorta Fonduna ayrılması proqnozlaşdırılan 900 mln. manatın tamamilə əhalinin icbari tibbi sığortalanması üzrə xərclərə yönəldiləcəyi nəzərdə tutulur:
"Başqa sözlə, növbəti ildə fonda ayrılan vəsaitin tərkibində sığorta məqsədi ilə bağlı olmayan dövlət öhdəliklərinin (səhiyyə sahəsində bir sıra məqsədli tədbirlərin) maliyyələşdirilməsi ilə bağlı xərclər yer almayıb. Bu, 2026-cı ildə bir sıra dövlət proqramı və tədbirlər üzrə xərclərin icrasının İcbari Tibbi Sığorta Fondunun vəsaitləri hesabına həyata keçiriləcəyi ilə bağlıdır".