AZ

Binaların qarşısında cərimələnən sakinlər narazılıq edir

Paytaxtda bəzi sakinlər yaşadıqları binaların qarşısında avtomobillərini park etdiklərinə görə cərimə olunurlar.

Milli.Az xəbər verir ki, onların sözlərinə görə, bu yerlər yaşayış ərazilərinə aid olsa da, parklanma qaydalarının pozulması kimi qiymətləndirilir.

Məsələ ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, heç bir qanunda yazılmayıb ki, gecə vaxtı ikinci cərgədə dayanmaq olar, gündüz vaxtı olmaz. Belə qayda yoxdur. Ona görə yeganə çıxış yolu burda o şərait yaradılana qədər ümumi vasitələrə maneə olmursa, yanğınsöndürən və təcili tibbi yardım gələnə kimi zəbt eləmirsə, dayanma və durmaya göz yunmaq olar.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən bildirildi ki, yaşayış yerlərində xüsusi vətəndaşların şikayətlərinə əsasən, yoxlamalar keçirilir amma hər kəsə şikayət yazılmır. Kobud qayda pozan sürücülər barəsində qanunauyğun tədbirlər həyata keçirilir. Operativ nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmamaq üçün komplekslərdə avtomobillərini parkinq üçün müəyyən edilmiş yerlərdə saxlasınlar. 

Aysel Əkbər
Milli.Az 

Seçilən
23
6
milli.az

7Mənbələr