AZ

Fil yaraladığı meşəbəyini bir gün sonra qayıdıb öldürdü

Fil 43 yaşlı malayziyalı meşəbəyi Saidi Cahariyə iki dəfə hücum edib. Heyvan əvvlcə onu yaralayıb, sonra isə öldürmək üçün geri qayıdıb.

AzPost bildirir ki, bu barədə The Sun qəzeti məlumat verib.

Polis müfəttişi Cik Çun Funun sözlərinə görə, Cahari meşəbəyilik sahəsinə nəzarət edirb. 28 oktyabr gecəsi o və beş tabeliyində olan 5 şəxs çadırlarda yatarkən bir sürü filin yaxınlaşdığını eşidiblər.

Qrup meşəyə qaçsa da Cahari heyvanlardan qaça bilməyib. Sürünün lideri olan fil onu tapdalamağa başlayıb. Həmkarları qayıdanda kişini sağ, lakin ağır yaralı vəziyyətdə tapıblar.

Caharini başqa bir yerə təxliyə ediblər və fil bir gün sonra geri qayıdıb. Həmkarları qaçaraq Caharini heyvanla tək qoyublar. Bu dəfə fil onu öldürüb.

“Axtarış zamanı Saidi fil hücumu nəticəsində aldığı ağır xəsarətlərdən ölü tapılıb”, -Çun Fu təsdiqləyib.

Mütəxəssislər filin sürüsünü qorumaq üçün geri qayıtdığından şübhələniblər.

AzPost.az

Seçilən
26
1
azpost.info

2Mənbələr