Marja.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"İdeal Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) təsis paylarının 25 %-nə nəzarət edən Xuraman Qubadova payını satıb.
Onun payını kənar investor - Eldar Hüseynov alıb.
O, həm də təsis paylarının 75 %-nə nəzarət edən Qubad Qubadovun (direktor) payının 25 %-ni əldə edib. Beləliklə, onların hər biri BOKT-da 50 % paya malik olub.
Xatırladaq ki, "İdeal Kredit" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 647 min manatdır.
İş elanları AzVak.az-da
© "Report"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.