AZ

Taleh Kazımov: Bank sektorun məcmu kapital adekvatlığı səviyyəsi 18,1% səviyyəsində formalaşıb

BAKI, 4 oktyabr. TELEQRAF

2025-ci ilin ötən dövründə mürəkkəb geosiyasi proseslərin yaratdığı qeyri-müəyyənliklər fonunda bank sektoru sabit fəaliyyətini davam etdirib.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

Bank sektorun məcmu kapital adekvatlığı səviyyəsi 18,1% səviyyəsində formalaşıb. Likvidliyin örtülmə əmsalı 157% olmaqla normativləri əhəmiyyətli üstləyir. Sektorun kapitala gəlirliyi 19,3% səviyyəsində formalaşıb. Makro iqtisadi və maliyyə sabitliyin hədəflərini xələl gətirmədən bank sektorun aktivlərin genişlənməsi iqtisadi fəallığa töhvə vermişdir. Bank sektorun aktivləri 9 ayda 5,9% artaraq 56,1 milyard manata çatmışdı.

Bankların kredit portfeli 6,5% artaraq 29,3 milyard manat səviyyəsində formalaşmışdı. Bankların kredit partfelinin keyfiyyəti də nəzərə altında saxlanılmışdır və qeyri işlək kreditlərinin ümumi kredit partfelinə nisbəti 2,17% olub. 2025-ci ilin 9 ayında bank sektorun cəmi öhdəlikləri 5,16% artaraq 49 milyard manata çatmışdır. Depozitlər cəmi öhdəliklərinin 74,7%-i həcmindədir ki, bunun da 15,4 milyard manatı əhalinin əmanətləridir.

Seçilən
19
13
teleqraf.com

10Mənbələr