AZ

İcmal büdcə xərclərimiz rekord həddə çatıb -

Azərbaycanın 2026-cı il üçün icmal büdcəsinin xərcləri ölkə tarixində rekord həddə çatıb.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"İcmal büdcə xərclərimizin ÜDM-də payı 36,4 %, qeyri-neft-qaz ÜDM-də payı isə 48 % qiymətləndirilir. Bu göstərici kifayət qədər sağlamdır. Dünyada həmin göstərici ən yüksək halda 56-57 %, ən aşağı halda isə 15 % olur. Yəni, biz burada da kifayət qədər orta balanslaşdırılmış siyasət yürüdərək orta mövqələrdə özümüzü qoruya bilmişik", - deyə o qeyd edib.

Bundan başqa, nazir deyib ki, gələn il dövlət büdcəsinin xərcləri 2024-cü ilin icrası ilə müqayisədə təqribən 11 % və yaxud 4 milyard manat artıq olmaqla 41,7 milyard manat müəyyən edilib: "2022-ci illə müqayisədə dövlət büdcəmizin xərcləri 30 % artım göstərir - bu, 9,6 milyard manat deməkdir. Bu da əhaliyə sosial dəstəyin göstərilməsi, iqtisadiyyatın inkişafına dəstəyin göstərilməsi baxımından önəmli bir rəqəmdir".

Seçilən
20
missiya.az

1Mənbələr