AZ

Paşinyan Ərdoğanı İrəvanda gözləyir

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycan və Türkiyə ilə münasibətlərinin institusionallaşdığını və davamlı ünsiyyət qurduğunu bildirib.

O, bunu vacib xəbər kimi xarakterizə edib. Paşinyan Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin fərqli olduğunu vurğulayıb.

"Digər ölkələrdə erməni-azərbaycanlı münasibətlərində çox vaxt heç bir problem olmayıb: insanlar birlikdə yaşayır, işləyir və bəzən dostlaşırdılar - amma bu, Ermənistan və Azərbaycan arasındakı düşmənçilik münasibətləri şəraitində baş verməyib", - deyə o qeyd edib.

Baş nazir Ermənistan və Türkiyə arasındakı münasibətlərin düzgün yolda olduğunu vurğulayıb. O, həmçinin Türkiyəyə son səfərini çox uğurlu hesab etdiyini və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2026-cı ilin may ayında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitində iştiraka dəvət etdiyini bildirib.

Paşinyan ümid edir ki, Ərdoğan dəvəti qəbul edəcək.

Seçilən
3
1
modern.az

2Mənbələr