BAKI, 4 noyabr. TELEQRAF
Hesablamalarımıza əsasən, dövlət-büdcə xərclərinin 41,7% icra prosesində bölgüsü həyata keçirilən xərclərdir. Bu xərclərə bölgüsü icra prosesində həyata keçirilən bloklanmış xərclər, büncədənkənar xərclər, ehtiyat fondu xərcləri, investisiya xərcləri və s. aid edilir.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
2026-cı ildə bloklanmış xərclər təxminən 9,2 milyard manatdan çox olmaqla proqnozlaşdırılır ki, bu, cari ilin gözləniləm icra göstərisindən müfaviq olaraq 1,1 milyard çoxdur.
Hesab edirik ki, bu xərclərin büdcədə payının azaldılması imkanları da mövcuddur. Növbəti üçün, büdcədənkənar xərclər büdcədənkənar gəlirlərdən 100 milyon manat artıq olmaqla, 1,1 milyard manat məbləğindən nəzərdə tutulur. Bu, cari ili gözlərinə icrası ilə müqayisədə 17,4% çoxdur. Növbəti il də büdcədənkənar vəsaitlər hesabına əməyin ödənişi xərclərinin 27% artacağı proqnozlaşdırılır ki, bu, dövlət büdcəsində müvafiq xərclərin artım tempindən 18,8% çoxdur.