AZ

Ümrəyə gedənlərə qarşı zorakılıq edildi

Səudiyyə Ərəbistanında Kəbə ətrafında baş verən mübahisə zamanı təhlükəsizlik əməkdaşının Ümrə ziyarətçilərinə qarşı sərt müdaxiləsi sosial şəbəkələrdə böyük etirazla qarşılanıb. 

"Cebheinfo.az" xəbər verir ki, sosial mediada yayılan videoda hələ səbəbi müəyyən edilməmiş bir mübahisə zamanı Səudiyyə Ərəbistanının təhlükəsizlik əməkdaşının bir qrup ziyarətçiyə fiziki müdaxilə etdiyi görünür. Təhlükəsizlik əməkdaşının sərt davranışı ətrafdakı vətəndaşların narazılığına səbəb olub. 

Hadisənin hansı gün və saatda baş verdiyi, yaxud mübahisənin nədən qaynaqlandığı barədə rəsmi açıqlama verilməyib. Qısa müddətdə minlərlə dəfə paylaşılan görüntülər sosial mediada geniş əks-səda doğurub. Bir çox istifadəçi “Müsəlmanlara qarşı təzyiqlər artır”, “Səudiyyə nəzarətsiz güc tətbiq edir” kimi ifadələrlə hadisəyə etiraz edib. 

Bəzi şərhlərdə Kəbədə xidmət göstərən təhlükəsizlik qüvvələrinin Həcc və Ümrə ziyarətçilərinə qarşı daha hörmətli davranmalı olduğu vurğulanıb. Digərləri isə hadisənin təkcə bir insident ola biləcəyini, lakin müqəddəs məkanda bu cür görüntülərin əsla qəbul edilə bilməyəcəyini qeyd ediblər. Səudiyyə Ərəbistanı rəsmiləri görüntülərlə bağlı hələlik rəsmi açıqlama verməyiblər. 

Seçilən
20
cebheinfo.az

1Mənbələr