AZ

Könüllü şəxsi sığorta üzrə daha çox yığılıb, ödənişlər azalıb

Azərbaycanda 2025-ci ilin yanvar-sentyabr ayları ərzində şəxsi sığorta növləri (tibbi, səyahət, fərdi qəza) üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.

FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 115 milyon 553 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11 milyon 637 min manat və ya 11,2% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 103 milyon 916 min manat təşkil edib.

Bu dövrdə bu növ sığorta ödənişləri 66 milyon 714 min manat təşkil edib ki, bu da illik müqayisədə 4 milyon 542 min manat və ya 6,4% azdır. Ötən ilin eyni dövründə 71 milyon 256 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 57,7% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 10,9 faiz bəndi azalıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 68,6% təşkil edib.

Seçilən
24
fed.az

1Mənbələr