AZ

Prezident İlham Əliyevin hər bir çağırışı gələcəyimiz üçün mühüm yol xəritəsidir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Bu gün elm və təhsil təkcə inkişaf etmiş ölkələrin deyil,ümumilikdə dünyanın əsas prioritetlərinin tərkib hissələrindənbiridir. Hazırda metodologiyalar və texnologiyalar kökündəndəyişməkdə, elm öz inkişafında böyük dəyişikliklərə məruzqalmaqdadır. Dövrün, zamanın tələbinə uyğun təkmilləşmə digərsahələr kimi, təhsildə də özünü qabarıq şəkildə göstərir. Təhsilimillətin gələcəyi kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevbildirirdi ki, təhsil həyatımızın ən gərəkli, mühüm sahəsidir.Ümummilli Liderin bu fikirlərinin davamı olaraq dövlət başçısıİlham Əliyev bildirir ki, o ölkələr yaxşı inkişaf edir ki, oradatəhsil yüksək səviyyədədir. Bir sözlə, müasir dövrün sosial-siyasireallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclikqarşısında qoyduğu mühüm vəzifələrin uğurlu icrası üçün zəruriaddımlar atılır.

Təbii ki, hər dövrün öz tələbləri vardır. Bu baxımdan təhsil hərbir ölkənin inkişaf səviyyəsinin müəyyənləşdirilməsində, yeni-yenihədəflərə doğru inamla irəliləməsində əsas amillərdən biridir. Son22 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütünistiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev ilkgündən “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəlisürərək təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılmasıistiqamətində biri-birindən önəmli addımlar atır. Prezident İlhamƏliyevin çıxışlarında, gənclərlə görüşlərində hər bir ölkənin bugünü və gələcəyinin təhsillə bilavasitə bağlı olduğu önə çəkilərəkölkəmizdə təhsilin və elmin inkişafı istiqamətində atılanaddımlardan bəhs edilməklə yanaşı, hədəflər də açıqlanır.

Bu fikirləri Trend-ə MilliMəclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, dövlət başçısı İlhamƏliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80illik yubileyinə həsr olunmuş yığıncaqda bütün bu məqamlara birdaha diqqəti yönəltdi. Akademiyanın 80 il ərzində böyük yolkeçdiyini, Azərbaycanda elmin inkişafında aparıcı rol oynadığınıönə çəkən Prezident İlham Əliyev vurğuladı ki, bu illər ərzində bizmüxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hərzaman öz elminin inkişafına böyük diqqət yetirirdi. Ulu ÖndərHeydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün özsəylərini əsirgəmirdi. Hələ ötən əsrin 70-ci illərində Onunrəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yenielmi-tədqiqat institutu yaradıldı, elmin inkişafına böyük vəsaitayrıldı. Bu siyasət müstəqillik illərində də davam etdirildi. UluÖndərin təşəbbüsü ilə ötən əsrin 70-ci illərindən başlayaraq yüzminlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı aliməktəblərinə göndərilmişdir və ölkəmizdə intellektual potensialdaha da güclənmişdir. Bu gün də on minlərlə Azərbaycan gənci artıqdünyanın aparıcı ali məktəblərində təhsil alırlar. Onların böyükəksəriyyəti oxuyub Vətənə qayıdır və ölkəmizin inkişafına özdəyərli töhfələrini verirlər. Dövlətimizin başçısı bu məqamı dayığıncaq iştirakçılarına xatırlatdı ki, 10 il bundan əvvəl -Akademiyanın 70 illiyində bax bu salonda alimlər qarşısında çıxışetmişdim. Son 10 ildə həm dünyada, həm Azərbaycanda köklüdəyişikliklər baş verdi. Dünya iqtisadiyyatı tamamilə dəyişmiş,dünyada gedən siyasi proseslər, müharibələr, hərbi toqquşmalar,beynəlxalq hüququn pozulması, mövcud olan qaydaların tamamiləaradan qaldırılması göz önündədir. Azərbaycana gəldikdə isə son 10il bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Əsasvəzifə - torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzünbərpası, suverenliyimizin bərpası layiqincə təmin edilmişdir. Bugün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Bizim ərazimizdəişğalçı qüvvələr yoxdur. Bizim ərazimizdə xarici hərbi birləşmələryoxdur. Bu gün biz bu torpaqlarda qurub-yaradırıq.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanın uğurlarınınzirvəsində təbii ki, tarixi Zəfərimiz dayanır. Onun hər birmərhələsi, hər bir günü öyrənilir, öyrənilib və bir çox beynəlxalqhərbi ali məktəblərində də tədqiq edilir. O cümlədən pilotsuz uçuşaparatlarının tətbiqi xüsusi qeyd edilir. “Biz bu məhsulları həmxarici bazarlardan tədarük edirik, eyni zamanda, özümüz də bir çoxnövdən ibarət pilotsuz uçuş aparatlarını istehsal etməyə başlamışıqvə bunu davam etdirəcəyik. Burada da təbii ki, Azərbaycan elmiictimaiyyəti üçün çox böyük fəaliyyət meydançası yaradılır”söyləyən Prezident İlham Əliyev vurğuladı ki, elm iqtisadiyyatla,sənaye ilə sıx bağlı olmalıdır. Dövlətimizin başçısı İlham Əliyevbu çağırışı etdi ki, dövlət strukturları Azərbaycan alimləri ilədaha sıx işləsinlər. Çünki bu gün bizim elmimizin praktiknəticələri olmalıdır. Təkcə elmi əsərlərdə yox, həyatda vəiqtisadiyyatın sürətli inkişafını nəzərə alaraq, əlbəttə ki, buradaəlaqələndirmə, uzlaşma yüksək səviyyədə olmalıdır. Bütövlükdəmüstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmiəsərlərə də böyük ehtiyac var. Artıq 30 ildən çoxdur ki, bizmüstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsrlikdövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır.Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edənbir çox əsərlərə ehtiyac var.

Millət vəkili bildirib ki, ölkəmizin dayanıqlı inkişafınınəsasında iqtisadi tərəqqi dayanır. Ümummilli Lider Heydər Əliyevin“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütündövrlərdə aparılan siyasətin əsasında dayanır. Son 22 ildə HeydərƏliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezidentİlham Əliyev Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərindəAzərbaycanı daha da inkişaf etdirir, iqtisadi möcüzələr ölkəsi kimitanıdır. Artıq bu gün əminliklə qeyd edə bilərik ki, yalnızneft-qaz deyil, qeyri-neft sektoru da uğurla inkişaf edir. Busahədə mövcud imkanlar əlaqələrin inkişafında, investisiyalarıncəlbində əhəmiyyətli rol oynayır. Azərbaycan Milli ElmlərAkademiyasının 80 illik yubileyi münasibətilə keçirilən yığıncaqda“Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Düzdür, ümumidaxili məhsul çox artmır. Bunun da əsas səbəbi neft hasilatınınobyektiv səbəblərə görə aşağı düşməsidir. Ancaq bu güniqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neftsektorudur” deyən Prezident İlham Əliyev bildirdi ki, bu, ümumiiqtisadiyyatımızın əksəriyyətini təşkil edir. Bu gün dünyanınaparıcı reytinq agentlikləri - iki aparıcı beynəlxalq reytinqagentliyi bizim kredit reytinqimizi qaldırıb və bunu investisiyareytinqinə uyğun səviyyədə artırıb. Bu, əlbəttə ki, ölkəmizdə gedəniqtisadi islahatların təzahürüdür. Çünki bu gün bizim iqtisadiyyatsağlam iqtisadiyyatdır. Biz heç kimdən asılı deyilik. İqtisadimüstəqillik təbii olaraq siyasi müstəqilliyi də gücləndirir. Bu günəsas investisiya layihələrinin istiqaməti Qarabağ və ŞərqiZəngəzurdur. Azad edilmiş bu torpaqlarda da dünyada misligörülməmiş işlər görülür. Güclü iqtisadiyyatımız azad edilmiştorpaqların tezliklə bərpa edilməsinə, güclü hərbi potensialıyaratmağa imkan verir.

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin hərbir çıxışı mühüm çağırışlarla zəngindir. Onların həyata keçirilməsiüçün ölkəmiz hər bir sahədə böyük potensiala, təcrübəyə malikdir.Hər bir çağırış gələcəyimiz üçün mühüm yol xəritəsidir. AzərbaycanMilli Elmlər Akademiyasının 70 illik yubileyinin qeyd olunduğu2015-ci ildən bizləri ayıran 10 ilik zaman Azərbaycanın tarixinəmöhtəşəm uğurları yazdı. Bu gün hər birimiz Azərbaycanın ərazibütövlüyünün və suverenliyinin tam bərpa olunması ilə qürurduyuruq.

Məqalədə:
Seçilən
26
7
az.trend.az

8Mənbələr