AZ

“Gömrük rüsumları ləğv edilərsə, ABŞ iqtisadiyyatı cəhənnəmə düşəcək" - Tramp

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Ali Məhkəmə gömrük rüsumlarını qanunsuz elan edərsə, ölkə iqtisadiyyatı cəhənnəmə düşəcək".

Musavat.com xəbər verir ki, o, bu mövqeyi CBS News-a verdiyi müsahibədə bildirib.

Aparıcı Trampdan ölkənin Ali Məhkəməsinin gömrük rüsumlarının qanunsuz kimi tanınması ilə bağlı mümkün qərarının ABŞ iqtisadiyyatına necə təsir edəcəyini soruşub. "Düşünürəm ki, ölkə çox əziyyət çəkir. İqtisadiyyatımız cəhənnəmə düşəcək", - deyə Ağ Evin sahibi cavab olaraq bildirib. "Bu, Ali Məhkəmədə son 100 ildə müzakirə edilən ən vacib mövzudur", - deyə o vurğulayıb.

ABŞ Ali Məhkəməsi 5 noyabrda Amerika administrasiyası tərəfindən tətbiq edilən bir çox tariflərin qanuniliyi ilə bağlı dinləmə təyin edib. İstintaq bir qrup biznes nümayəndəsinin ABŞ hakimiyyətinə qarşı iddia qaldıraraq tariflərin qanunsuz olduğunu və şirkətlərinə ziyan vurduğunu iddia etməsi səbəbindən başlayıb. 29 avqustda Kolumbiya Federal Dairəsinin Apelyasiya Məhkəməsi Trampın elan etdiyi bir çox tarifləri tətbiq etmək üçün lazımi səlahiyyətə malik olmadığını müəyyənləşdirib. Tramp administrasiyası 4 sentyabrda yuxarıda qeyd olunan qərarın ləğvi tələbi ilə Ali Məhkəməyə müraciət edib.

Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr