AZ

“Milyarder oldum, amma bu bir neçə il əvvəl idi”

“Əl-Nəsr”in və Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo maliyyə vəziyyəti ilə bağlı yayılan xəbərlərə zarafatla cavab verib.

90deqiqe.Az xəbər verir ki, britaniyalı jurnalist Pirz Morqan futbolçudan son zamanlar onun milyarder statusu qazanması ilə bağlı iddialara münasibət bildirməsini istəyib:

“Sən ötən həftə milyarder olmusan, düzdürmü?” – deyə Morqan soruşub.

“Xeyr, bu doğru deyil. Mən artıq bir neçə il əvvəl milyarder olmuşam,” – deyə Ronaldo cavab verib.

Söhbətin fraqmenti Ronaldonun şəxsi YouTube kanalında yayımlanan müsahibə anonsunda yer alıb.

Qeyd edək ki, "Bloomberg" oktyabrda yayımladığı məlumatda 39 yaşlı ulduz futbolçunun sərvətini 1,4 milyard dollar olaraq qiymətləndirib və onu futbol tarixinin ilk milyarderi adlandırıb.

Seçilən
7
90deqiqe.az

1Mənbələr