AZ

Şəhid övladının Azəriqazdan ŞİKAYƏTİ- “Məni məcbur edirlər ki…”

Tural Mehdiyev Ajans.az-a bildirib ki, o, uzun illərdir “Azəriqaz” İstehsalat Birliyinin Bərdə rayon şöbəsində çilingər vəzifəsində çalışır.  Onun sözlərinə görə, daxili imtahanda yüksək nəticə göstərdiyinə görə ona 5-ci dərəcəli çilingər statusu verilib. Lakin hazırda qurum rəhbərliyi tərəfindən təzyiqlərə məruz qaldığını və dərəcəsinin süni şəkildə aşağı salındığını deyir.
 
“Məni məcbur edirlər ki, ərizə yazım və 5-ci dərəcəni 4-ə endirim. Mən razı deyiləm, çünki bu həm mənim peşə nüfuzuma, həm də ailə vəziyyətimə zərbə vurur. Əməkhaqqım azalacaq, ailəmi dolandırmaq çətinləşəcək,” – deyə o bildirir. Şəhid övladı olduğunu qeyd edən Mehdiyev, himayəsində iki azyaşlı övladın və xəstə anasının olduğunu, ailənin bütün maddi yükünün onun üzərində qaldığını vurğulayıb. O, həmçinin dəfələrlə rəhbərliyə ailə vəziyyəti və şəhid ailəsi statusu ilə bağlı müraciət etdiyini, lakin heç bir dəstək görmədiyini qeyd edib. Hazırda Tural Mehdiyev məsələ ilə bağlı aidiyyəti qurumların müdaxiləsini və ona qarşı edilən haqsızlığın aradan qaldırılmasını istəyir.
Mövzu ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mövqeyini öyrənməyə çalışacağıq.

Seçilən
45
Ajans.az

1Mənbələr