AZ

“Bu, valyuta bazarında tarazlığı dəstəkləyəcək” Taleh Kazımov

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“2025-ci ilin 9 ayı üzrə sığortahaqları 1157 milyon, sığorta ödənişləri isə 684 milyon manat təşkil edib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Sığortahaqları ötən ilin eyni dövrü ilə müqayisədə 13%, sığorta ödənişləri isə 23.5% artıb. Sığortahaqlarının 76%-i könüllü, 24%-i isə icbari sığorta növlərinin payına düşür. 2026-cı ildə Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf daxilində saxlanılması olacaq. Növbəti ildə pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcək. Məzənnə sabitliyi 2026-cı ildə də qiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcək”.

T.Kazımov əlavə edib ki, proqnozlara görə, növbəti ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması valyuta bazarında tarazlığı dəstəkləyəcək: “Mərkəzi Bankın son proqnozlarına görə, baza ssenari üzrə, yəni neftin bir barelinin qiyməti 63.9 dollar və qazın minimum kub metri üçün qiyməti 288 dollardır, beləliklə, 2026-cı ildə tədiyə balansının cari əməliyyatlar hesabında 3.0 mlrd. manat ətrafında profisit olacağı gözlənilir”.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
1
qafqazinfo.az

2Mənbələr