AZ

Sərdar Kılıç İrəvana səfəri zamanı Kostanyana görün nə hədiyyə edib

Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıçın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 12-də Ermənistanda olub.

Publika.az xəbər verir ki, səfər zamanı Kılıç Ermənistanın Xarici işlər nazirinin müavini Vahan Kostanyana zəngin bəzədilmiş gümüş boşqab hədiyyə edib.

“24news.am”ın məlumatına görə, Kostanyan hədiyyəni Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına təqdim edib. Hədiyyənin dəyəri 101 228 dram olaraq qiymətləndirilir.

Ermənistanda məmurlar dəyəri 60 min dramdan çox olan hədiyyələri dövlətə verirlər.

Seçilən
28
publika.az

1Mənbələr