AZ

BƏƏ Azərbaycandan qeyri-neft məhsullarının alışını artırıb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan BƏƏ-yə 80,3milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.

Trend-inDövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, bu rəqəm 39milyon ABŞ dolları və ya ötən ilin eyni dövrü ilə müqayisədətəxminən 2 dəfə çoxdur.

Ötən ilin ilk doqquz ayında Azərbaycan BƏƏ-yə 41,3 milyon dollardəyərində qeyri-neft məhsulları ixrac edib.

Ən çox qeyri-neft və qaz ixracatı Rusiyaya (33,2%), Türkiyəyə(16,5%), İsveçrəyə (9,4%), Gürcüstana (9,2%), Ukraynaya (5,6%),BƏƏ-yə (3%), Qazaxıstana (2,7%), Belarusa (2,1%), Özbəkistana (2%),Türkmənistana (1,9%) və digər ölkələrə (14,6%) ixrac edilib.

Qeyd etmək lazımdır ki, bu ilin yanvar-sentyabr ayları arasındaAzərbaycan bu və digər ölkələrə 2,649 milyard dollar dəyərindəqeyri-neft məhsulları ixrac edib.

Məlumatlara görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 184milyon dollar və ya 7,5% dəyərində artım deməkdir.

Seçilən
53
az.trend.az

1Mənbələr