AZ

Mərkəzi Bank sədrindən manatın məzənnəsi ilə bağlı AÇIQLAMA “2026 cı ildə...”

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

“2026-cı ildə Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf daxilində saxlanılması olacaq”.Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.O bildirib ki, məzənnə sabitliyi 2026-cı ildə də qiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcək:“Proqnozlara görə növbəti ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması valyuta bazarında tarazlığı dəstəkləyəcək. Mərkəzi Bankın son (oktyabr 2025) proqnozlarına görə baza ssenari üzrə (neftin bir barelinin qiyməti 63.9$ və qazın min kub metr üçün qiyməti 288$) 2026-cı ildə tədiyə balansının cari əməliyyatlar hesabında 3.0 mlrd.$ ətrafında profisit olacağı gözlənilir”.Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
2
bizim.media

3Mənbələr