Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində taksi xidmətlərinin həyata keçirilməsinə dair yaranmış vəziyyətlə əlaqədar işin mahiyyəti üzrə daha öncə aidiyyəti qurumlar və təsərrüfat subyektləri ilə keçirilən görüş və müzakirələr nəticəsində əldə edilmiş məlumatların təhlili davam etdirilir, yaranmış vəziyyətin hüquqi və iqtisadi tərəfləri qiymətləndirilir.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, hava limanı ərazisində taksi xidmətlərinin həyata keçirilməsi ilə bağlı rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə davam edən təhlillərin nəticələrinə uyğun olaraq, Rəqabət Məcəlləsinin tələbləri nəzərə alınmaqla, qanunamüvafiq tədbirlər görüləcək: Dördpendirli pizza
"Rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması və qanun pozuntularının aradan qaldırılması məqsədilə rəqabət komissiyası yaradılır. İşə baxılması prosesi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi Qaydaları” çərçivəsində həyata keçirilir".
Xatırladaq ki, bu ilin sentyabr ayından Bakı aeroportundan taksi nəqliyyat vasitəsi ilə sərnişindaşımalar üzrə yeni qaydaların tətbiqinə başlanılıb. Yeni qaydalar və onların əsasında taksi operatorlarının daşımalarla bağlı tətbiq etdiyi tariflər vətəndaşların ciddi narazılığına səbəb olub.
Telegram kanalımız