Ötən gün AMEA-nın 80 illik yubileyi ilə bağlı tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin açıqladığı fikirlər Ermənistanda geniş müzakirələrə səbəb olub.
Tribunainfo.az xəbər verir ki, xüsusən Prezidentin “Sevan adlı göl yoxdur, Göycə gölü var” fikirləri müxtəlif formada sual-cavab predmeti olub.
Məsələyə reaksiya verənlərdən biri də Ermənistan parlamentinin spikeri Alen Simonyan olub. O deyib ki, Prezident İlham Əliyevin “Sevan yoxdur, Göycə gölü var” fikirlərinə əlavə edəcək heç bir fikri yoxdur. “Bunlar subyektiv yanaşmalardır”.
O, Prezident İlham Əliyevin müharibə tərəfdarı olmadığını, əksinə, sülh çıxışları etdiyini də vurğulayıb. “Prezident Əliyev heç bir yerdə Ermənistana tankla gələcəyik deməyib. O həmişə bəyan edib ki, İrəvana maşına gələcəklər”.
Fərda Uğur