AZ

Türkmənistan Prezidenti ABŞ-yə getdi

BAKI, 4 noyabr. TELEQRAF

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov noyabrın 6-da keçiriləcək Mərkəzi Asiya-ABŞ Sammitində iştirak edəcək Vaşinqtona işgüzar səfərə gedib.

Teleqraf xəbər verir ki, bu barədə TDH dövlət xəbər agentliyi məlumat yayıb.

Berdiməhəmmədovun ABŞ Prezidenti Donald Trampla da ikitərəfli danışıqlar aparacağı gözlənilir.

Noyabrın 6-da Vaşinqtonda keçiriləcək görüş Trampın qatıldığı ilk sammit olacaq. Bundan əvvəl Mərkəzi Asiya ölkələrinin liderləri 2023-cü ilin sentyabrında ABŞ-nin o vaxtkı prezidenti Co Baydenlə C5+1 formatında görüşmüşdülər.

Seçilən
33
teleqraf.com

1Mənbələr