AZ

Əliyevin bəyanatı bizim üçün gözlənilməz oldu

ain.az bildirir, Axar.az portalına istinadən.

Bu qərar əvvəlcədən o miqyasda müzakirə olunmayıb, bizdə sadəcə olaraq məlumat var idi ki, qatar gələcək. Azərbaycan prezidentinin bəyanatı bizim üçün gözlənilməz oldu.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən “Orbeli: Sülhün və çoxtərəfli əməkdaşlığın qurulması” illik beynəlxalq forumunda deyib.

Baş nazirin sözlərinə görə, bu, Azərbaycandan nəinki gözlənilməz, həm də müsbət bəyanatın verildiyi hallardan biridir.

O, Azərbaycanın öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdığı üçün Azərbaycan prezidentinə təşəkkür edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
4
axar.az

6Mənbələr