AZ

Bakıda məşhur otel müsadirə olundu - 3 milyona satılır

Bakıda fəaliyyət göstərən “Park Dedeman” oteli müsadirə olunub.
ONN media xəbər verir ki, otel dövlət hərracında satılacaq.
Maraqlıdır ki, satışa otelin ikinci mərtbəsi və zirzəmisi çıxarılıb. Bu isə ümumilikdə 1745.5 kv.m deməkdir.
Satışa çıxarılan hissənin ilkin bazar qiyməti 3 milyon 140 min manatdır.
Qeyd edək ki, sözügedən otel Bakının Səbail rayonu ərazisində yerləşir. Otelin 95 otağı mövcuddur.
Seçilən
23
6
onn.az

9Mənbələr