AZ

Filippinə məxsus hərbi helikopter Mindanaoda qəzaya uğrayıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 4 noyabr, AZƏRTAC

Filippinə məxsus “Super Huey” hərbi helikopteri Filippinin cənubundakı Mindanao bölgəsində qəzaya uğrayıb.

AZƏRTAC Filippinin PNA agentliyinə istinadla xəbər verir ki, ölkənin Hərbi Hava Qüvvələri hadisəylə bağlı bəyanat yayıb. Bildirilib ki, bu helikopter “zərərlərin qiymətləndirilməsi və ehtiyacların təhlili” missiyasını yerinə yetirmək üçün Davao şəhərindən Butuana yola düşən dörd helikopterdən biri olub. Helikopterlə əlaqə kəsilib və dərhal axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Bəyanatda qəzanın baş vermə şəraiti və səbəblərini müəyyənləşdirmək üçün hərtərəfli araşdırma aparıldığı bildirilib.

Qeyd edək ki, “Super Huey” helikopteri Filippin Hərbi Hava Qüvvələrinin hava şəraiti ilə əlaqədar nəqliyyat, fəlakətlərə cavab vermək və təchizat missiyaları üçün istifadə edilən helikopteridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
3
azertag.az

4Mənbələr