"Real Madrid"in müdafiəçisi Antonio Rüdiger komanda yoldaşı Arda Gülerlə münasibətindən danışıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu türkiyəli istedad barədə bunları deyib:

"Arda mənim kiçik qardaşım kimidir. Başlanğıcda çətinlik çəksə də, qısa sürdü. Ona həmişə vaxtının düşündüyündən tez gələcəyini deyirdim.

Çox professional biridir. İstedadından danışmağa belə ehtiyac yoxdur”.