AZ

Braziliyalı “Qarabağ”a gəlir? – “İndi hər şey Juninyodan asılıdır”

“Flamenqo”nun baş məşqçisi Felipe Luis “Qarabağ”dan transfer edilən Juninyo Olavionun çıxışından razı deyil.

İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis braziliyalı futbolçu barədə belə danışıb:

“Pedronun yüksəlişinə görə Juninyo heyətdə yerini itirdi. Yeri itirəndə etimad da azalır. Buna görə də ona bəzən şans verməyə çalışıram. O, komandada özünü təsdiqləmək üçün hələ lazımi inamı qazana bilməyib. İndi hər şey Juninyodan asılıdır”.

Xatırladaq ki, bir müddətdir braziliyalı futbolçunun “Qarabağ”a qayıdacağı ilə bağlı xəbərlər dolaşır.

Seçilən
12
1
idmanxeber.az

2Mənbələr