AZ

Məhkəmə Saakaşvilinin partiyasının qadağan edilməsi ilə bağlı iddianı qeydə alıb

BAKI, 4 noyabr. TELEQRAF

Hakim “Gürcü Arzusu” Partiyasının sabiq prezident Mixeil Saakaşvilinin rəhbərlik etdiyi Vahid Milli Hərəkat Partiyasının qadağan olunması barədə iddiası Gürcüstan Konstitusiya Məhkəməsinin saytında dərc olunub.

Teleqraf xəbər verir ki, bu, iddianın məhkəmə tərəfindən rəsmi olaraq qeydiyyata alınması deməkdir.

İddianı parlamentin 88 deputatı təqdim edib. Sənəddə Saakaşvilinin partiyası da daxil olmaqla üç müxalif siyasi qüvvənin Konstitusiyaya zidd elan edilməsi və qadağan olunması tələbi yer alıb.

Qanuna əsasən, Konstitusiya Məhkəməsi qeydiyyat tarixindən etibarən 9 ay ərzində iddianı araşdırmalıdır.

Parlamentin spikeri Şalva Papuaşvili oktyabrın 28-də bildirib ki, hakim partiya ölkədəki dörd əsas müxalifət partiyasından üçünün - Vahid Milli Hərəkat, “Dəyişikliklər uğrunda Koalisiya” və “Güclü Gürcüstan”ın Konstitusiyaya zidd elan olunması üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Onun sözlərinə görə, “Gürcü Arzusu” ayrı-ayrı müxalif siyasətçilərin qadağan olunmasını tələb etməyəcək.

İddianın “hüquqi əsas”ı parlamentin İstintaq Komitəsinin araşdırmasının nəticələri olub. Komitə iddia edib ki, Saakaşvili dövründə (2004–2012) insan haqları kütləvi şəkildə və sistemli olaraq pozulub. Bundan başqa, qeyd olunub ki, 2012-ci ildə hakimiyyətə “Gürcü Arzusu”nun gəlməsindən sonra “Saakaşvilinin partiyası artıq müxalifət kimi dövlətə qarşı dağıdıcı fəaliyyətini” davam etdirib.

Seçilən
35
teleqraf.com

1Mənbələr