AZ

“Nüvə və ya III dünya savaşı bu şəhərdən başlaya bilər”- Səbəblər və təhlükələr

“Əgər NATO Kalininqradın Baltik dənizinə çıxışını bağlamağa cəhd etsə, o, 1962-ci ilin oktyabrında episentri Kalininqrad olan Kennedi-Xruşşov raket böhranını təkrarlaya bilər”.

NOCOMMET.az xəbər verir ki, bu məlumatı Fransanın “AgoraVox” nəşri yayıb. Kalininqradın NATO tərəfindən mümkün dəniz blokadasının qlobal münaqişəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edən nəşr onu da vurğulayıb ki, region Kuba raket böhranı hadisələri kimi beynəlxalq münaqişələr üçün yeni alov nöqtəsinə çevrilə bilər.

“AgoraVox” həmçinin vurğulayıb ki, Rusiya və ABŞ arasında soyuq müharibənin yenidən alovlanması və ABŞ-ın Orta Mənzilli Nüvə Qüvvələri (INF) Müqaviləsindən çıxması fonunda qlobal münaqişə ehtimalı artır.

Müharibəyə sürükləyən digər səbəb…

Kalininqrad əvvəllər də münaqişəli zona olaraq xarakterizə edilib və ən həssas bölgə kimi diqqət mərkəzindədir.

Beləki, bu ilin əvvəlində Litva Prezidenti Gitanas Nauseda X sosial şəbəkəsində Rusiyanın Kalininqrad vilayətindəki şair Kristionas Donalaitisin xatirə muzeyinin adının dəyişdirilməsi ilə bağlı qərarını şərh edib və regionda Litva mədəniyyətinin qalıqlarını qorumağa çağırıb.

Dövlət başçısı Kalininqrad vilayətinin özünü Kiçik Litvanın bir hissəsi adlandırıb: “Hazırda Kalininqrad vilayətinin bir hissəsi olan Kiçik Litvanın köhnə sakinlərinin çoxdan yox olmasına baxmayaraq, Litva mədəniyyətinin son əlamətlərini qorumaq lazımdır. Rusiya nə qədər çalışsa da, Karalyauçyus heç vaxt Kalininqrad olmayacaq”.

Litva prezidentindən daha əvvəl isə Polşanın Quru Qoşunlarının sabiq komandanı general Valdemar Skşipçak Kalininqradın polyaklara məxsus olduğunu iddia etmişdi. Skşipçakın dediyinə görə, Rusiyanın Kalininqrad şəhəri əslində polyakların qədim yaşayış məntəqəsidir:”Bu şəhərin Rusiyadan alınmasının vaxtı çatıb. Fikrimcə, əzəli Polşa ərazisi olan Kalininqradla bağlı məsələnin həlli yollarının aranmasının vaxtı çatıb. Şəhər 1945-ci ildən bəri Rusiyanın işğalı altındadır. Halbuki həmin ərazilər tarixən Prussiya və Polşa torpaqları olub. Bu səbəbdən də Polşanın Kaliniqrada iddia etməsinin qanuni əsasları var”.

Generalın dediyinə görə, Kalininqrad şəhəri Baltika dənizinə və Polşa ovalığına aparan qapıdır: “Bu yerlərdən Mərkəzi və Qərbi Avropaya yol keçdiyindən Rusiyanın hərbi və siyasi strategiyasında Kalininqradın xüsusi yeri var”.

Yeri gəlmişkən polyaklar bu şəhəri Korolevets adlandırırdılar.

Kalininqradın 4-cü talibi isə almanlardır. 1949-cu ilədək Kalininqrad Almaniyanın ərazisi olub. İkinci Düya müharibəsində məğlub olan nasist Almaniyası bu ərazini təzminat olaraq Rusiyaya verib. Məhz bu səbəbə görə, 2021-ci ildə almanlar Rusiyanın Kalininqrad vilayətini Almaniyanın ərazisi kimi təqdim edən plakatlar paylaşmışdı.

“AgoraVox” nəşri əbəs yerə , III dünya müharibəsinin məhz bu şəhərdən başlayacağını önə sürməyib.

P.S. Məqalədə adı keçən “Kuba raket böhranı” haqqında da oxuculara məlumat vermək gərəyi duyduq: 16 oktyabr 1962-ci il, “Kuba raket böhranı” və ya “Karib böhranı” kimi tanınan 13 günlük siyasi böhran söhbət gedir.

“Oktyabrın 14-də Riçard Heyzerin idarə etdiyi U-2 kəşfiyyat təyyarəsi Kubanın hava məkanına daxil olaraq cənubdan şimala 12 dəqiqə uçdu və bu müddət ərzində 928 şəkil çəkdi. Ertəsi gün şəkillər Fotoşəkillərin interpretasiyası milli mərkəzinə verildi. Buranın aparıcı əməkdaşı Dino Bruconi şəkillərdə sovet raketlərini gördü. Oktyabrın 16-da səhər milli təhlükəsizlik üzrə müşavir Makcorc Bandi prezident Con Kennediyə xəbər verdi: Kubada sovet raketləri var”.

Kuba raket böhranı ABŞ və SSRİ-ni nüvə müharibəsi astanasına gətirdi. Böhranın 11-ci günü, oktyabrın 27-i bəşəriyyətin nüvə müharibəsinə ən yaxın olduğu gün sayılır. Xoşbəxtlikdən tərəflər kompromis əldə etdilər və böhranı adlamağı bacardılar.

Əntiqə Rəşid

Seçilən
29
nocomment.az

1Mənbələr