AZ

Merz deportasiya məsələsini müzakirə etmək üçün əl Şəraanı Almaniyaya dəvət etdi

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

Almaniyanın xarici işlər naziri İoann Vadefulun Suriyaya səfərindən qısa müddət sonra, kansler Fridrix Merts ölkənin müvəqqəti prezidenti Əhməd əl-Şəraanı Almaniyaya dəvət edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Spiegel" nəşri yazır.

Dəvətin səbəbi Merzin Suriyadan olan cinayətkarların Almaniyadan deportasiyasını Əhməd əl-Şəraa ilə müzakirə etmək istəyi olub.

"Suriyada vətəndaş müharibəsi artıq başa çatıb. Hazırda Almaniyada sığınacaq verilməsi üçün heç bir əsas yoxdur, buna görə biz deportasiyaya başlaya bilərik”, – Merz Şlezviq-Holşteyndəki Xuzum şəhərinə səfəri zamanı deyib.

Xristian Demokrat İttifaqının (XDI) lideri vəd edib ki, Almaniya Suriyadakı vəziyyətin sabitləşməsində iştirak edəcək. O həmçinin əminliyini ifadə edib ki, suriyalı qaçqınların əhəmiyyətli hissəsi könüllü şəkildə vətənə qayıdacaq.

"Onlarsız Suriya bərpası mümkün deyil, – deyə kansler əlavə edib. – Lakin Almaniyada qalmaqdan imtina edənlər yaxın vaxtlarda deportasiya ediləcək”.

Merz bu bəyanatı ilə xarici işlər naziri Vadefulun sözlərinə cavab verib. Nazir Suriyaya səfəri zamanı bildirmişdi ki, illərlə davam edən vətəndaş müharibəsinin yaratdığı geniş dağıntılar fonunda, çoxsaylı suriyalı qaçqınların yaxın zamanda könüllü qayıdışı inandırıcı görünmür.

"İnsanlar üçün burada yaxşı həyat sürmək demək olar ki, mümkün deyil”, – deyə nazir Dəməşqin yaxınlığında ağır dağıdılmış Hərəstə şəhərinə səfəri zamanı söyləyib.

Almaniyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, avqust ayında ölkədə 951 406 suriyalı yaşayırdı. Onlardan 920 nəfər ölkəni tərk etməyə borclu şəxs kimi qeydiyyata alınıb.

Qeyd edək ki, Suriyada uzunmüddətli hakim Bəşər Əsəd təxminən bir il əvvəl Əhməd əl-Şəraa rəhbərliyindəki islamçı silahlılar tərəfindən devrilib. Əl-Şəraa müvəqqəti prezident təyin olunub və o vaxtdan bəri ölkəni açıqlıq və Qərblə yaxınlaşma istiqamətində idarə edir. Suriya dövlət mediasının məlumatına görə, o, gələn həftə Vaşinqtona səfər etməyi planlaşdırır.

Bundan əvvəl Almaniyanın Daxili İşlər Nazirliyi bildirmişdi ki, Suriyaya qısamüddətli səfərlər suriyalı qaçqınlar üçün Almaniyada müdafiə hüququnun itirilməsi ilə nəticələnəcək.

Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt də bəyan edib ki, hökumət bu il ərzində Suriya ilə deportasiya haqqında razılığa gəlmək niyyətindədir — bu, sığınacaq müraciətləri rədd edilmiş şəxsləri əhatə edəcək.

Xatırladaq ki, mart ayında Almaniya 13 illik fasilədən sonra Suriyada səfirliyini yenidən açıb. Bu addım Bəşər Əsəd rejiminin devrilməsindən sonra atılıb.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
qaynarinfo.az

1Mənbələr