AZ

“Çempionlar Liqasında hədəfimiz yenidən yolumuza qayıtmaqdır”

“Napoli”nin baş məşqçisi Antonio Konte Almaniyanın “Ayntraxt” klubu ilə qarşıdakı Çempionlar Liqası oyunu öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırcı bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.

 “Əgər sabah qalib gələ bilsək, Çempionlar Liqasında əvvəlki yolumuza qayıda bilərik. Qarşımızda çox güclü rəqib var, amma bu səviyyədə bütün komandalar güclüdür. Bizim həm ambisiyamız, həm də Avropa səviyyəsində mübarizə aparmaq üçün potensialımız var”

Qeyd edək ki,İtaliyan təmsilçisi noyabrın 4-də Neapolda almanlarla üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. “Napoli” əvvəlki turda səfərdə PSV qarşısında 2:6 hesabı ilə məğlub olub. “Ayntraxt” isə bu mövsüm Çempionlar Liqasında bütün oyunlarını 5:1 hesabı ilə başa vurub — iki dəfə uduzub, bir dəfə isə qalib gəlib.

Hazırda hər iki komandanın aktivində 3 xal var. “Napoli” turnir cədvəlində 22-ci, “Ayntraxt” isə 24-cü yerdə qərarlaşıb.

Seçilən
50
90deqiqe.az

1Mənbələr