AZ

Amerikanın NATO-dakı səfiri ilk dəfə Kiyevə səfər edib

Hurriyyet.az xəbər verir ki, ABŞ-nin NATO-dakı səfiri Metyu Vitaker Şimali Atlantika Alyansının nümayəndə heyətinin rəhbəri kimi ilk dəfə Ukraynaya səfər edib, Kiyevdə Prezident Vladimir Zelenski, Baş nazir Denis Şmıqal və digər rəsmilərlə görüşlər keçirib. Ukraynanın hava müdafiəsinin gücləndirilməsi, qışın astanasında enerji şəbəkəsinin qorunması, raket və təyyarələrin tədarükü və Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi məsələləri müzakirə edilib.

Zelenski hərbi yardımlarına görə müttəfiqlərə təşəkkürünü bildirib, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, Kanada və Hollandiyanın yardımlarıı qeyd edib.

Uitaker bildirib ki, NATO Ukraynanın vacib infrastrukturunun qış fəslində daha effektli şəkildə qorunmasına şərait yaratmaq üçün "Patriot" sistemlərinin və PAC-3 və PAC-2 raketlərinin çatdırılmasını sürətləndirir.

Hürr Tərcüman

Seçilən
18
1
hurriyyet.az

2Mənbələr