AZ

Serbiyada növbədənkənar parlament seçkiləri keçirilə bilər

Belqrad, 4 noyabr, AZƏRTAC

Serbiya parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi gündəmdədir.

AZƏRTAC xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.O bildirib ki, hazırkı parlamentin səlahiyyət müddəti 2027-ci ilin dekabrında başa çatır.

Serbiya Prezidenti parlamentə seçkilərin həmin tarixdən əvvəl baş tutacağını istisna etməyib. Deyib ki, bu barədə səlahiyyətli qurumlar qərar verəcək.

Aleksandar Vuçiç bu addımın ölkədə son bir ildə damam edən kütləvi aksiyalar fonunda atılacağını, həmçinin əksəriyyəti tələbələr olan nümayişçilərlə də bu məsələnin müzakirə ediləcəyini deyib.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Seçilən
25
1
azertag.az

2Mənbələr