AZ

Növbəti ilin dövlət büdcəsi layihəsi üzrə 150 milyon manatdan çox uyğunsuzluq aşkarlanıb – Hesablama Palatası

Bakı. Trend:

Hesablama Palatası tərəfindən Milli Məclisdən daxil olmuş2026-cı il dövlət büdcəsi layihəsinə dair rəy hazırlanıb. Rəyinhazırlanması prosesində müvafiq dövlət orqanları ilə müzakirələraparılaraq büdcə zərfində düzəlişlər edilib. Bununla yanaşı, qanunlayihəsinin bəzi maddələri üzrə təkmilləşdirmələrin aparılmasınınzəruri olduğu qənaətinə gəlinib.

Trend xəbərverir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin bugünkü iclasında “AzərbaycanRespublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanunlayihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri VüqarGülməmmədov bildirib.

Onun sözlərinə görə, qanun layihəsinin 7-ci maddəsində əksetdirilən dövlət büdcəsi xərclərinin funksional təsnifatınıntəhlili nəticəsində uçotda bəzi uyğunsuzluqlar müəyyən olunub.

“Hesablamalarımıza əsasən, bu uyğunsuzluğun məbləği 150 milyonmanatdan çoxdur. Hesab edirik ki, bu uyğunsuzluqların bir qismibüdcə təsdiq edilənədək dövlət büdcəsində nəzərə alınacaq”, – deyəVüqar Gülməmmədov qeyd edib.

O, həmçinin vurğulayıb ki, qanun layihəsinin 15-ci maddəsindəgöstərilmiş icmal büdcənin xərclərinin yuxarı həddi ilə bağlıhesablamalarımız uyğunsuzluqların olduğunu göstərir: “Belə ki,icmal büdcənin tərkibindəki bəzi qrupdaxili əməliyyatlar icmalbüdcədə nəzərə alınmalı qənaətinə gəlmişik”.

Seçilən
28
az.trend.az

1Mənbələr