AZ

“Milli dəyərimiz olan dilimizi hər zaman qorumalıyıq” - RƏY

“Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illiyi münasibəti ilə keçirilən tədbirdə çox böyük, vacib məqamlara toxundu və Azərbaycan elminin  inkişafında AMEA-nın böyük bir rol oynadığını xüsusi ilə qeyd etdi. Ulu öndər Heydər Əliyevin bilavasitə diqqət və qayğısı ilə Akademiyanın daha inkişaf etdiyini və elmi potensialının gücləndiyini bir daha göstərdi. Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. Cənab Prezident 1993-cü ildə Elmlər Akademiyasının olmasını və o vaxt Azərbaycanın imkanlarının məhdud olmasıına baxmayaraq bu sahəyə vəsait ayırmağa davam etdiyini qeyd etdi. Sonrakı illərdə Azərbaycanın imkanları artıqca bu sahəyə ayrılan vəsait daha da artdı və inkişaf etdi. Heydər Əliyevin elm və təhsil sahəsində atdığı addımlardan ən əsası 15 may 2001-ci il tarixli fərmanıdır. Həmin fərmanla Elmlər Akademiyasına Milli Elmlər Akademiyası adı verilmiş və bununla da Akademiyanın elmimizin inkişafındakı rolu və nailiyyətləri rəsmən təsdiqlənmişdi”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

 

“Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti, banisi olduğu milli dövlətçilik strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin bundan sonra da davam etməsi Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük təminatdır. Eyni zamanda cənab Prezident çıxışı zamanı Akademiyada görülən işlərə toxundu. Böyük kitabxananın yaradıldığını, milli ensiklopediya üçün yeni bina inşa olunduğunu, elmi tədqiqat institutlarının təmiri və avadanlıqlarla təhciz ediliyini, elm fondunun yaradıldığını, eyni zamanda inkişaf strategiyası elm haqqında qanun və  dövlət proqramı qəbul edildiyini xüsusi vurğuladı. Bu gündə bu istiqamətdə işlərin davam etdiyini qeyd etdi. Cənab Prezident eyni zamanda intellektual potensialın artırılmasıla bağlı məqamlara toxundu. Rəqəmsallaşma və kibertəlükəsizlik sahəsində görülən işlərdən bəhs etdi. Azərbaycan alimlərinin də bu prosəsə tövhə verməsinin vacibliyini vurğuladı, Azərbaycanda Şərqi Zəngəzurda görülən işlərdən bəhs etdi. Azərbaycanlıların Ermənistana qayıtmasılə bağlı vacib məqamlara toxundu. Xüsusi qeyd etdi ki, bu sahədə alimlərimiz də ciddi çalışmalıdır. Prezident İlham Əliyev xüsusilə Sevan gölünün xəritələrdə olmadığını qeyd etdi. Göyçə gölünün ermənilər tərəfindən dəyişdirilərək, guya ki, Sevan gölü olduğu uydurma fikirlərindən biri olduğunu vurğuladı. Cənab Prezident mesajları arasında vacib məqamlardan biri isə Azərbaycan dilinin saflığının qorunması və bu sahədə alimlərin üzərinə düşən öhdəliklərdən bəhs etdi. Bizim dilimizi qorumalı olduğumuzu, onun saflığına əməl edilməli olduğunu söylədi. Elmi əsərlər hazırlanmalıdır ki, gənclərimiz öz tariximizlə yaxından tanış olsunlar. Ölkəmizin tarixi ilə bağlı elmi əsərlərə böyük ehtiyacımızın olduğunu  cənab Prezident xüsusilə vurğuladı. Azərbaycanın hərbi sahədə uğurlarından da bəhs etdi. Bu gün Azərbaycan ilk dəfə pilotsuz uçuş aparatlarını müharibədə istifadə edən bir ölkə kimi tarixdə qaldı. Hazırda da bu istiqamətdə işlər görülür. Azərbaycanın texnoloji inkişafları daha artır. Azərbaycan bu gün xaricə hərbi təyinatlı məhsullar ixrac edir və bu da çox vacib önəmli bir məsələdir. Prezident İlham Əliyev Azərbaycanın iqtisadi gücündən danışdı. Azərbaycanın bu sahədə geniş imkanlarının olduğunu bildirdi. Azərbaycan xalqına yaxın günlərdə mesajlar verəcəyini xüsusilə qeyd edərək bu istiqamətdə atılan addımlarda və görülən işlərdən bəhs etdi”, - deputat bildirib.

Tarix: 4 Noyabr 2025, 14:18   
Seçilən
17
pravda.az

1Mənbələr