AZ

Belarus Azərbaycandan qeyri-neft məhsullarının idxalını artırıb

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan Belarusa56,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixracolunub.

Trend AzərbaycanınDövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəriciötən ilin eyni dövrü ilə müqayisədə 22,1 milyon ABŞ dolları və ya1,6 dəfə çoxdur.

Ötən ilin ilk doqquz ayı ərzində Azərbaycandan Belarusa 34,7milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixracolunmuşdu.

Qeyri-neft məhsullarının ixrac həcmində Rusiya (33,2%), Türkiyə(16,5%), İsveçrə(9,4%), Gürcüstan(9,2%), Ukrayna (5,6 %), BƏƏ (3%),Qazaxıstan (2,7%), Belarus (2,1%), Özbəkistan (2 %), Türkmənistan(1,9%) və başqa ölkələrə (14,6%) tədarüklər üstünlük təşkiledib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları arasında Azərbaycanbu və digər ölkələrə 2,649 milyard dollar dəyərində qeyri-neftməhsulları ixrac edib.

Məlumatlara görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 184milyon dollar və ya 7,5% dəyərində artım deməkdir.

Seçilən
33
2
az.trend.az

3Mənbələr