AZ

Texniki baxış məntəqəsində maşının altından görün nə çıxdı VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Avtotexniki baxış mərkəzində maraqlı hadisə yaşanıb. 

Avtosfer.az xəbər verir ki, texniki yoxlama zamanı avtoqiymətləndirici avtomobilin alt hissəsində şassiyə bərkidilmiş bağlama aşkar edib. Əvvəlcə mütəxəssis bağlamanın içərisində cadu-əməl ola biləcəyindən şübhələnib.

Hadisə adi texniki baxış zamanı baş verib. Mütəxəssis avtomobilin altında qandalla bərkidilmiş bağlamanı gördükdə, onun təyinatını müəyyənləşdirmək üçün ehtiyatla açıb. Lakin çantanın içərisindən sehrli əşya və ya amulet yox, avtomobilin ehtiyat açarı çıxıb.

Hadisə anı mobil telefon kamerası ilə lentə alınıb və görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
43
avtosfer.az

1Mənbələr