AZ

Nazirdən əməkhaqlarının vergiyə cəlb edilməsi barədə AÇIQLAMA

Vergi islahatlarının davamı olaraq ölkədə iqtisadi artımın və şaxələnmənin dəstəklənməsi, şəffaflaşmanın daha da yüksəldilməsi məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, bu layihədə investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, o cümlədən Naxçıvan MR fəaliyyət göstərən sahibkarlıq subyektlərinə işğaldan azad edilmiş ərazilər üzrə tətbiq edilən eyni vergi güzəştlərinin verilməsi, nəqliyyat sektoru üzrə avtobus və yük avtomobillərinin istehsalının stimullaşdırılması, balıqyetişdirmə fəaliyyətinin təşviq edilməsi məqsədilə kənd təsərrüfatı sektoruna daxil edilməsi və bu sektora verilən tam həcmli güzəştlərin şamil edilməsi nəzərdə tutulur. “Həmçinin, nağdsız əməliyyatların stimullaşdırılması və əhatəsinin genişləndirilməsi məqsədilə belə əməliyyatlar üzrə ictimai iaşə sektoruna vergi güzəştlərinin verilməsi  və dərəcələrin azaldılması, habelə ƏDV məqsədləri üçün qeydiyyat həddinin 200 min manatdan 400 min manatadək artırılması təklif olunur”, - nazir qeyd edib.  

Nazir əlavə edib ki, son illərdə həyata keçirilən vergi islahatları sırasında əmək münasibətlərinin şəffaflaşdırılmasına yönəlmiş əmək haqqı islahatı əmək bazarının leqallaşmasında əhəmiyyətli nəticələrin əldə edilməsinə imkan verib:

“Belə ki, qeyri-neft-qaz özəl sektorda 8000 manatadək əməkhaqlarının gəlir vergisindən azad olunması nəticəsində 1 yanvar 2019-cu ildən 1 oktyabr 2025-ci ilədək qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı 471 min artaraq 1 milyonu ötmüş, sektorun cəmi əmək müqavilələrində payı 38,5 %-dən 54,1 %-ə yüksəlib.

Bu şəraitdə 2018-2024-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində büdcədən ayırmaların payı 35,6 %-dən 17,5 %-ə enib.

1 yanvar 2026-cı ildən etibarən vaxtı bitən güzəştin sosial-iqtisadi məqsədlərinə əsasən nail olunduğunu, habelə əmək bazarının rəsmiləşməsi sahəsində əldə edilmiş nailiyyətləri qorumaq və daha da artırmaq üçün vergi inzibatçılığının kifayət qədər gücləndirilməsini nəzərə alaraq, eyni zamanda leqallaşma prosesinin davam etməsinə münbit şərait yaratmaq, o cümlədən daha aşağı gəlirlərə aşağı vergi yükünü müəyyən etməklə qeyri-neft-qaz özəl sektorda əməkhaqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsi barədə təkliflər təqdim edilib”.

Mürtəza

Seçilən
51
olke.az

1Mənbələr