AZ

İsveç Baltik dənizində NATO çərçivəsində yeni sualtı qayıqlara qarşı təlimlərə başlayır

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Baltik dənizi sahillərində 10–14 noyabr tarixində İsveç tərəfindən keçiriləcək təlimlər NATO-nun sualtı qayıqlara qarşı (ASW – Anti-Submarine Warfare) fəaliyyət sahəsində yeni mərhələyə keçdiyini göstərir.

Bizimyol.info xəbər verir ki, bu manevrlər krallığın Silahlı Qüvvələri tərəfindən rəsmi şəkildə elan edilib.

Açıqlamaya görə, təlimlər yeni tədris seriyasının bir hissəsi olacaq - “payız 2026-dan etibarən NATO-nun müntəzəm təlimlər seriyası”nın elementidir. İsveç bu prosesdə alyansa özünün Baltikdəki dəniz və sualtı əməliyyatlara dair bilik və təcrübəsini təqdim edəcək.

Vrilən məlumatda vurğulanır ki, İsveç sahillərinin daşlı və qeyri-sabit dibi, duzluluğu dəyişkən olan suları sualtı qayıqlar üçün ideal gizlənmə mühiti formalaşdırır. Bu şəraitdə, İsveç Hərbi Dəniz Qüvvələri sualtı qayıqlara qarşı mübarizə üçün mükəmməl şəraitə uyğunlaşdırılmış vasitələr hazırlayıb.

İsveçin NATO-ya qatılması alyansın Baltik bölgəsində sualtı əməliyyat qabiliyyətini gücləndirib.Həmçinin, İsveç Baltik dənizində aparılan və sualtı infrastrukturun (kabellər, neft-qaz boru kəmərləri) təhlükəsizliyi məsələlərinin aktuallaşdığı bir dövrdə strateji olaraq daha çox hərbi əməkdaşlıq göstərir.Baltops və digər çoxmillətli manevrlərdə İsveçin sualtı qayıqlar sahəsindəki təcrübəsinin NATO üçün unikallığı qeyd olunub.

Bu baxımdan, 10–14 noyabrda keçiriləcək təlimlər yalnız planlaşdırılmış manevr deyil, həm də regional təhlükəsizlik kontekstində Baltik dənizinin alyans üçün əhəmiyyətini bir daha göstərən strateji addımdır.

Qeyd edək ki,  hələ, NATO çərçivəsində 10–14 noyabr tarixində keçiriləcək sualtı qayıqlara qarşı təlimlərdə hansı ölkələrin iştirak edəcəyi rəsmi şəkildə tam açıqlanmayıb.

Ancaq məlumdur ki, NATO bu bölgədə artıq oxşar fəaliyyətlərdə bir neçə ölkənin iştirakı ilə işləyib:

2024-cü ildə “Merlin 24” mübarizə təlimində Belçika, Danimarka, Fransa, Almaniya, Niderland, Norveç, Portuqaliya, İsveç, Birləşmiş Krallıq və ABŞ kimi ölkələr iştirak edib.2025-ci ildə “BALTOPS 25” təlimində isə 16 NATO ölkəsi iştirak edib: Belçika, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, İtaliya, Latviya, Litva, Niderland, Norveç, Polşa, Portuqaliya, İsveç, Birləşmiş Krallıq və ABŞ.

Bu nümunələrdən çıxış edərək, noyabrda keçiriləcək sualtı qayıqlara qarşı təlimlərdə böyük ehtimalla Baltik regionunda NATO üzvü olan ölkələrin – məsələn, İsveç, Polşa, Litva, Latviya, Estoniya və ya digər müttəfiqlərin iştirakı gözlənilir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
icma.az

1Mənbələr