AZ

Paşinyan Ərdoğanı İrəvana dəvət edib: Gələcək?

Türkiyəyə sonuncu işgüzar səfərim zamanı prezident Ərdoğanı Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün rəsmi şəkildə İrəvana dəvət etdim və ümid edirəm ki, bu dəvət qəbul olunacaq.
ONN media xəbər verir ki, bunu noyabrın 4-də Ermənistanın baş naziri Nikol Paşinyan “Orbeli 2025” beynəlxalq forumunda deyib.
O, son illərdə Ərdoğanla tez-tez görüşdüyünü xatırladıb.
“Bundan başqa, mən Türkiyədə iki dəfə, o cümlədən işgüzar səfərdə olmuşam”, - Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması, diplomatik əlaqələrin qurulması, sərhədlərin açılması zamanın tələbidir. Baş nazir əlavə edib ki, buna təkcə hər iki ölkənin siyasi iradəsi deyil, həm də müəyyən “qravitasiya faktorları” təsir edir.
Seçilən
19
onn.az

1Mənbələr