AZ

“Bir qadın “Bravo”da işləyirdi, dedi ki, nəbadə, burdan ət alasınız, çox pis vəziyyətdə gəlir”

Bakıda fəaliyyət gösətərən qəssabxanaların bir qisminin cərimələnməsi fonunda “Bravo” supermarketin “təhlükəsiz ət” başlığı ilə paylaşdığı video sosial şəbəkələrdə tənqidlə qarşılanıb. Bildirilib ki, “Bravo” qəssabxanalarda kəsilən ətləri almaqdan insanları çəkindirmək üçün belə bir kampaniyaya başlayıb.

 

Pravda.az xəbər verir ki, şəbəkənin paylaşımda “Biz hər bir addımda ət məhsullarını yoxlayır, qoruyur və yalnız etibarlı məhsulları sizin süfrənizə gətiririk. Çünki BRAVO üçün bu sadəcə satış deyil - sizin sağlamlığınız, bizim üçün ən böyük məsuliyyətdir. Keyfiyyətdə doğru seçim – BRAVO!” yazması izləyicilərin narazılığına səbəb olub.

 

Paylaşıma yazılan şərhlərin bir qismini təqdim edirik:

 

““Bravo”dan alınan ətlərdən iy gəlir, birmənalı olaraq, özü də hamısından, niyə?”

 

“Ac qalaram, marketdə satılan əti qətiyyən almaram!”

 

“Heç kim marketdən ət almayacaq, boşuna özünüzü niyə yorursunuz?”

 

“Marketlərdə satılan ətlərin qəribə qoxusu olur, yəqin ki, gec xarab olması üçün nəsə vurulur...”

 

“Niyə başqa yerlərdə kəsim dayanır, əksinə sizdə artır?”

 

“Monqol, Braziliya ətlərini görəndən adamın market ətlərinə güvəni lap öldü. Ən yaxşısı tanıdığın qəssabdan almaqdır. Onsuz, o pulu veririk də, qoy gözümüzün önündə kəsilənə verək”.

 

““Bravo”da kəsilən ətlər dabaq xəstəliyi tutmayıb…”

 

“Çox baha verilir. Ət kəsilən yerlərlə “Bravo” market arasında 3-5 AZN fərq var. Qəssabxanada ət 1-2 gün qalır, amma “Bravo”da neçə gün qalır, Allah bilir…”

 

“Aldım oradan, heç yaxşı deyil, ətin rəngi qırmızı, baha”.

 

“Mən “Bravo”dan çox ət aldım, təəsüflər olsun ki sonuncu dəfə aldığımız kimi çölə atdıq. İstər “dana əti”, istər “quzu” adı ilə satılan ət olsun!”

 

“Aparatla kəsildiyinə görə halal olmadığı bəllidir. Qeyri-müsəlmanlar alıb yedi, bəs müsəlman olan ibadət əhli?”

 

““Bravo”nun əti çox pis ve dadsız olur. Farşı daha demirəm. Çox bərbad dadır. Qoxusu olur…”

 

“Yaxşı ət kəsim yerlərində olur, marketdə yox, qoca heyvanların camışların ətidir, bişmir, dadı da yox”.

 

“Koroğludakı hipermarketiniz və Xətaidəki marketinizdəki ətlərinizin həm qoxusu, həm də durumu “0”dır”.

 

“Bir qadın “Bravo”da işləyirdi. Bir dəfə mənə dedi ki, nəbadə burdan ət alasınız. Çox pis vəziyyətdə gəlir”.

 

“Bravo”da ancaq qaralmış ət görürük...”

 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Tarix: 4 Noyabr 2025, 14:50   
Seçilən
27
1
pravda.az

2Mənbələr