AZ

BMT baş katibi Sudandakı vəziyyətlə bağlı həyəcan təbili çalıb

Bakı. Trend:

Sudanın Şimal Darfur əyalətinin inzibati mərkəzi olan Əl-Fəşerşəhərində humanitar vəziyyət “Çevik Reaksiya Qüvvələri” (ÇRQ)hərəkatının şəhəri ələ keçirməsindən sonra hər gün daha dapisləşir.

Trend xarici KİV-əistinadən xəbər verir ki, belə bir bəyanatla BMT-nin baş katibiAntoniu Quterreş çıxış edib.

“Artıq 18 aydan çoxdur ki, Əl-Fəşer və Şimal Darfurun ətrafəraziləri əzabların, aclığın, zorakılığın və kütləvi köçünmərkəzinə çevrilib. Ötən həftə ÇRQ Əl-Fəşerə daxil olandan bərivəziyyət hər gün ağırlaşır”,- deyə o, Dohada keçirilən BMT-ninsosial inkişaf sammiti çərçivəsində jurnalistlərə bildirib.

“Yüz minlərlə dinc sakin tələyə düşüb. İnsanlar qidalanmaçatışmazlığından, xəstəliklərdən və zorakılıqdan həyatını itirir”,-deyə BMT baş katibi əlavə edib.

Quterreş zorakılığın və döyüş əməliyyatlarının dərhaldayandırılmasına, münaqişə bölgələrinə humanitar yardımın maneəsizçatdırılmasına, eləcə də Sudana “silah və döyüşçü axınının”qarşısının alınmasına çağırıb.

Məqalədə:
Seçilən
21
az.trend.az

1Mənbələr