AZ

Dövlət sifarişi və subsidiyaların verilmə mexanizminə yenidən baxılmalıdır – Hesablama Palatası

Bakı. Trend:

Dövlət sifarişi və subsidiyaların iqtisadi təsnifatın müxtəlifbölmələrində, o cümlədən əməyin ödənişi bölməsində nəzərdətutulması müvafiq təşkilatların bəzi xərclərinin, o cümlədənəməkhaqqı ilə bağlı xərclərinin müdafiə olunan xərc maddələrinədaxil olmasına səbəb olur.

Trend xəbərverir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu günMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində"2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsizamanı bildirib.

Onun sözlərinə görə, mövcud yanaşma dövlət sifarişi anlayışınayenidən baxılmasını, həmçinin bu mexanizmin təkmilləşdirilməsini,xüsusilə də sifarişlərin qiymətinin müəyyənləşdirilməsimexanizmində təkmilləşmənin aparılmasını zəruri edir:

“Digər istiqamət olan subsidiyalarla bağlı təkliflərimiziəvvəlki illərdə də irəli sürmüşük. Hesab edirik ki, dövlətbüdcəsindən subsidiyanın ayrılmasının aydın və nəzarət ediləbiləcək qaydaları olmalıdır”.

Seçilən
34
1
az.trend.az

2Mənbələr